BMT Ukrayna və Rusiyaya növbəti atəşkəs çağırışı edib.

BUTA.TV xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq danışıb.

F.Haq qarşıdurmanın dayandırılmasını istədiklərini vurğulayıb:

"İstərdik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər".