Perunun paytaxtı Limada etirazçı kütlə ölkənin ən böyük aeroportunu ələ keçirməyə çalışsa da, polis bunun qarşısını alıb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

“Polis Xroxe Çaves adına aeroporta doğru irəliləyən etirazçı kütləni dağıtmağa müvəffəq olub”, - deyə bildirilib.

Hazırda hava limanı polis və silahlı qüvvələr tərəfindən ciddi şəkildə qorunur.