Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib.

BUTA.TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, yol xəritəsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumunun Süniintellekt və maşın öyrənməsi platforması arasındakı əməkdaşlıq çərçivəsində baş tutub:

“Rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək”.