Polis polkovniki Zamin Həsənov Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edilib.

BUTA.TV xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.