Bakıda doğuş zamanı ana ölüb, uşağın vəziyyəti isə ağırdır.

BUTA.TV Report.az-a istinadən xəbər verir ki, paytaxtda yerləşən xəstəxanaların birində 32 yaşlı Səidə Əhədova doğuş zamanı dünyasını dəyişib.

Yeni doğulan körpənin vəziyyəti ağır olduğundan, o küvəcə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.