Bakıda ağır qəza: polis xəsarət aldı
Bakıda yol qəzasında polis xəsarət alıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda “Rənc-Rover” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Hakan Fidan iddiası və daxili məsələləri - Azərbaycana bağlamaq cəhdi