İrəvanda yarmarkanın işçiləri etirazlara başladı - Video
İrəvandakı Malatya yarmarkasının işçiləri etiraz aksiyasına çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni redaksiyası hazırladığı reportajda qeyd olunub.
Məlumata əsasən, buna səbəb yanğın təhlükəsizlik qaydalarının pozulmasına görə fevralın 1-dən yarmarkanın bağlanmasıdır.
Aksiyaçılar bildiriblər ki, bu, çörək, dolanışıq problemidir, ona görə də sonadək mübarizə aparacaqlar.