Almaniyadan vətəndaşlarına çağırış: İranı tərk edin
Almaniya öz vətəndaşlarına İranı tərk etmələri və bu ölkəyə səfərlərdən çəkinmələri barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə fevralın 4-də Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“İranda Almaniya vətəndaşları və ikili vətəndaşlığı olanlar üçün əsassız həbslər, istintaq və uzunmüddətli həbs riskləri var”, - məlumatda qeyd olunub.