Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası müəyyən olunub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxs - 1999-cu il təvəllüdlü Tünzalə Əkbərova saxlanılaraq istintaqa təhvil verilib.