Beynəlxalq tərəfdaşlar Ukrayna üçün atəş dəstəyini artırmalıdırlar ki, Rusiyanın başlatdığı müharibə uzun mərhələyə keçməsin.

BUTA.TV xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanın müşaviri Den Rays deyib.

“Müharibə artıq artilleriya duelinə keçib, bu, tükəndirmə müharibəsidir. Buna görə də Qərb əsasən DPİCM və ATACMS raketlərinin həcmini dərhal artırmalıdır. Qərb artıq Ukraynaya bir milyon böyük kalibrli mərmi verib. Bu mərmilər 50 minə yaxın rusu məhv edib”, - Rays bildirib.