Türkiyədə baş verən zəlzələdə xəsarət alan və evləri yararsız hala düşmüş Azərbaycan vətəndaşları ilə bağlı müəyyən məlumatlar mövcuddur.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

“Zərərçəkənlərin sayı müəyyən edildikdə bununla bağlı ətraflı məlumat veriləcək.

Zərərçəkən vətəndaşlarımızdan və ya onlar barədə məlumatlı olan şəxslərdən +90 535 577 61 68 qaynar xətti vasitəsi ilə Səfirliklə əlaqə saxlamaları xahiş olunur”, - səfirlikdən qeyd edilib.