MM Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanın təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyası elan edib.

Bu barədə BUTA.TV-a Mədəniyyə Komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

Millət vəkili bildirib ki, həmkarının çağırışına ilk dəstək verənlərdəndir və artıq bu kampaniyaya 1000 AZN ianə edib:

“Həmkarlarımı, iş adamlarımızı, imkanı olan hər kəsi mümkün miqdar ianə etməyə çağırıram.

Azərbaycan Qızıl Ayparasının onlayn bank kartı vasitəsilə ianə etmək üçün bu linkdən istifadə edə bilərsiniz:

- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən yararlanmaq olar.

- SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

- Elektron pul kisəsi vasitəsi ilə “hesab.az” saytından ianə etmək mümkündür.