Türkiyə parlamenti ölkədə baş verən dəhşətli zəlzələ ilə bağlı öz işini bir həftəlik dayandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.

“Biz böyük zəlzələ fəlakəti ilə qarşı-qarşıyayıq. Məclisdəki bütün siyasi partiyalarla razılaşaraq, fəaliyyətimizə bir həftəlik fasilə veririk”, - AKP-nin TBMM-dəki fraksiyasının başçısı Mustafa Əlidaş bildirib.

Xatırladaq ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 1014 nəfər həlak olub, daha 5385 nəfər isə yaralanıb.