Bakıda “Şevrolet” polis maşını ilə toqquşdu - Video
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istainadən xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb.
Hadisə rayonun Zabrat qəsəbəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Belə ki, “Şevrolet” markalı avtomobillə “Mersedes-Benz” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.