Qardaş ölkənin paytaxtı Bakıda köhnə avtomobilə yüklənmiş yorğanların fotosu paylaşma rekordu qırdı. Türkiyənin köməyinə yenə ilk qaçan ölkə dost və qardaş Azərbaycan oldu.

BUTA.TV xəbər verir ki, bu barədə TRT-nin saytında bildirilib.

“Azərbaycanın xilasetmə dəstələri ilə yanaşı, Azərbaycan vətəndaşları da Türkiyəyə yardım üçün səfərbər olub.

Xüsusilə, sosial mediada paylaşma rekordı qıran bu fotoşəkil birlik və bərabərliyin simvoluna çevrildi”, - deyə qeyd edilib.