Zəlzələdən 111 saat sonra qadın xilas edildi
Türkiyədə Qəhrəmanmaraş şəhərində zəlzələdən 111 saat sonra uçan binanın dağıntıları altından bir qadın xilas edilib.
BUTA.TV xəbər verir ki, qadın Trabzon küçəsində yerləşən 11 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.
Qeyd olunub ki, 46 yaşlı Döne Gülə xəstəxanaya yerləşdirilib.