Məşhur aktyorun qızının cəsədi dağıntılar altından çıxarıldı
Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində məşhur aktyor Orxan Aydının qızı və keçmiş xanımı da dağıntılar altında qalıb.
Kult.az xəbər verir ki, bir müddət əvvəl aktyorun xanımı axtarış-xilasetmə nəticəsində xilas edilsə də, qızından xəbər yox idi.
Məlumata görə, artıq aktyorun qızı Eyləm Şəfəq Aydının cəsədi də dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20 mini keçib.