Fevralın 10-dan 11-ə keçən gecə Tehran başda olmaqla İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

BUTA.TV xəbər verir ki, Kərəc, İsfahan, Sənəndəc, Zahidan, Kirmanşah, Məşhəd, Nişabur və başqa şəhərlərdə keçirilən aksiyalarda Əli Xamenei əleyhinə şüarlar səsləndirilib.

Nümayişçilər inqilabın 44-cü ildönümü ilə bağlı quraşdırılan təbliğat plakatları və afişalarını yandırıblar.