"FlyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə BUTA.TV-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

"Boinq 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.