Bayraqdar zərər görənlərə min mənzil hədiyyə etdi
Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraqdar dağıdıcı zəlzələdən zərər görən şəxslərə 1000 mənzil hədiyyə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Səlcuq Bayraqdar Tvitter səhifəsində yazıb.
“Millətimiz üçün mənzil səfərbərliyi başladırıq. Zəlzələdən zərər görən qardaşlarımızın daimi sığınma ehtiyacını həll etmək üçün AFAD ilə koordinasiyalı olaraq 1000 mənzil bağışlayırıq”, - deyə o bildirib.