Zəlzələdə bu qədər azərbaycanlı vəfat edib – Şamil Ayrım
Qəhrəmanmaraş və ətraf vilayətlərdə meydana gələn dağıdıcı zəlzələdə təəssüflər olsun ki, Can Azərbaycanın beş vətəndaşı həyatını itirib.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qeyd edib.
Millət vəkili vəfat edən vətəndaşlarımızın ailələrinə səbir diləyib:
“Nailə Bünyadova, Rəna Xudaverdi, Sevinc Məmmədova, Leyla Eldar Karli və İlahə Həsənzadəyə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”.