AMEA-da bu tarixdə yığıncaq olacaq: yeniliklər gözlənilir
AMEA-nın Ümumi yığıncağı martın 16-da keçiriləcək.
Bu barədə BUTA.TV-a qurumdan məlumat verilib.
Qeyd olunub ki, bu ildən etibarən AMEA-nın Ümumi yığıncağının formatında bir sıra yeniliklər olacaq, hesabat məruzəsi və mühüm nəticələri əhatə edəcək təqdimatların hazırlanmasında müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriləcək.