“Könül Nurullayeva düyməni səhv basmışdı” - Erkin Qədirli
“Avropa Şurası Parlament Assambleyasının iclasında Rusiya əleyhinə hesabata səs verərkən Könül Nurullayeva düyməni səhv basmışdı”.
BUTA.TV-nin xəbərinə görə, bunu deputat Erkin Qədirli bildirib.
“Olan şeydir. Sadəcə, sistemi sonra dəyişmək olmur. Əlbəttə, protokol üçün deyə bilərsən, düyməni səhv basmışam, amma sistemdə dəyişməyəcək”, - E.Qədirli qeyd edib.