Amerikalı milyarder İlon Mask öz itini Tvitterin yeni baş direktoru təyin etdiyini açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə o, Tvitter hesabında paylaşım edib.

“Tvitterin yeni SEO-su heyrətamizdir. O biri oğlandan qat-qat yaxşıdır”, - Mask bildirib.

Qeyd edək ki, Mask iş yerinin arxasındakı stulda oturan Şiba İnu cinsindən olan itinin şəklini yayımlayıb. Cədvəldə itin adını göstərən sənədləri də görmək mümkündür.