Bu ölkədə dəhşətli avtobus qəzası: ən azı 33 ölü var
Panamada dəhşətli avtobus qəzası baş verib.
BUTA.TV "Röyters"ə istinadən xəbər verir ki, içərisində 60-dan çox sərnişin olan avtobusun aşması nəticəsində ən azı 33 nəfərin öldüyü bildirilib.
Qəza ilə bağlı açıqlama verən Panama Prezidenti Laurentino Kortiso zərərçəkənlərə tibbi yardım göstərildiyini bildirib.