Ukraynanın Dnepropetrovsk vilayətində hava həyəcanı elan edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

Onun sözlərinə görə, kamikadze dronları bölgəyə doğru irəliləyir.

Bundan əlavə, Kiyevin nəzarətində olan Zaporojye vilayətinin ərazisində də sirenlər səslənir.