Vakant yerlərlə bağlı imtahan nəticələri açıqlandı
İbadət yerlərinə vakant vəzifələr üzrə müsahibənin nəticəsi açıqlanıb.
Bu barədə BUTA.TV-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 16 fevral 2023-cü ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.