Bryus Uillisə ağır diaqnoz qoyuldu
Həkimlər məşhur Hollivud ulduzu, amerikalı aktyor, prodüser və musiqiçi Bryus Uillisə demensiya diaqnozu qoyublar.
Kult.az xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat verib.
“2022-ci ilin yazında Bryusda afaziya elan etdiyimizdən bəri onun vəziyyətində irəliləyiş oldu və indi bizdə daha dəqiq diaqnoz - frontotemporal demensiya var", - deyə bildirilib.
Xəstəliyə görə Uillisin ünsiyyət problemi yaşadığı qeyd edilir.
Qeyd edək ki, Bryus Uillis xəstəliyi səbəbindən ötən ilin martında karyerasını bitirib.