Krımın demilitarizasiyası olmadan Ukrayna heç vaxt təhlükəsiz olmayacaq.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib.

Onun sözlərinə görə, Vaşinqton Kiyevin Krımdakı hərbi obyektlərə zərbələrini dəstəkləyir:

“Krımda Rusiyanın mühüm logistika məntəqələrinə çevirdiyi nəhəng hərbi obyektlər var. Bunlar qanuni hədəflərdir, Ukrayna onları vurur və biz bunu dəstəkləyirik”, - Nuland bildirib.