Finlandiya İsveçi gözləmədən NATO-ya daxil olacaq
İsveçin NATO-ya daxil olması Türkiyə tərəfindən əngəllənərsə, Finlandiya onu gözləmədən NATO-ya daxil olacaq.
BUTA.TV xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Mikko Savola bildirib.
Qeyd edək ki, hazırda İsveç və Finlandiyanın NATO-a qoşulması təkcə Macarıstan və Türkiyə tərəfindən təsdiq olunmayıb.