Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Koordinasiya Mərkəzinə gəlib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, nazir Mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Süleyman Soyluya şəraitlə bağlı məlumat verilib.

Daxili işlər naziri Azərbaycanın xilasedicilərinə gördükləri işlərlə bağlı təşəkkür edib.