Masallıda avtomobil qəzası baş verib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alanların Masallı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.