Ukrayna ABŞ konqresmenlərindən F-16 tələb etdi
Ukrayna rəsmiləri Konqres üzvlərini F-16 qırıcılarını Kiyevə göndərmək üçün Prezident Co Bayden administrasiyasına təzyiq göstərməyə çağırıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Qırıcıların tədarükü ilə bağlı müzakirə Ukrayna rəsmilərinin, o cümlədən xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.