Əfqanıstan-Pakistan sərhədində Torkham keçid məntəqəsi yaxınlığında silahlı toqquşma başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Həşt-i Sübh” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Taliban hərəkatının nümayəndələri ilə Pakistan sərhədçiləri arasında atışmalar səhər tezdən başlayıb və indiyədək davam edir. Münaqişənin səbəbi hələlik məlum deyil.

Zərərçəkənlər barədə məlumat verilməyib.