Bayden: Ukraynaya bu silahları verəcəyik
ABŞ və müttəfiqləri Ukraynaya 700-ə yaxın tank və mindən çox zirehli maşın verəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.
“Biz müttəfiqlərimizlə birlikdə 700-ə yaxın tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, iki milyondan çox artilleriya mərmisi, 50-dən çox qabaqcıl MLRS vəd etmişik”, - Bayden deyib.