Ərdoğan Azərbaycanın xilasediciləri ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Qəhrəmanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətlə görüşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.