Ukraynanın artıq Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirməklə bağlı problemi yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

O bildirib ki, Ukrayna ordusu təkcə Mariupolda deyil, həm də işğal edilmiş şəhərlərə zərbə endirə bilir:

“Bu gün məsafənin bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Ya 100 kilometr, ya 150 kilometr, ya da bir az daha çox", - Danilov bildirib.