Polşanın Baş naziri Mateuş Moravetski Ukraynanın paytaxtı Kiyevə gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə Polşa hökumətin mətbuat katibi Pyotr Müller məlumat yayıb.

“Rusiya hərbi təcavüzünün başlamasından bir il sonra Baş nazir Moravetski Ukraynaya davamlı dəstəyi nümayiş etdirmək üçün Kiyevə yollanıb”,- məlumatda qeyd edilib.