Zelenski: İsrailin bizim tərəfimizdə olmasını istəyirəm!
İsrailin Ukrayna konfliktində vasitəçi olmasını deyil, Kiyevin tərəfində olmasını istəyərdim.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Uzun müddət İsraildən, onların siyasətçilərindən uzun müddət dəstək istəmişəm. Bu, mənim üçün çox vacib idi. Bizim ictimai, qeyri-ictimai söhbətlərimiz var. İstərdim onlar Ukraynanın tərəfini seçsinlər”, - deyə dövlət başçısı bildirib.