Baxmutun mərkəzinə 1740 metr qalıb – Vaqner
Rus mövqelərindən Baxmutun mərkəzinə 1740 metr məsafə qalıb.
BUTA.TV xəbər verir ki, bunu “Vaqner” qrupunun taqım komandiri deyib.
“Baxmutda qanlı döyüşlər davam edir. İrəliləyiş o qədər də sürətlə getmir, çünki Ukrayna komandanlığı daim yeni səfərbər olunanlarla boşluqları aradan qaldırır”, - komandir qeyd edib.