Adıyamanın Gölbaşı rayonunda yerləşən körpü baş verən zəlzələ zamanı dağılmayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilir ki, 1929-cu ildə almanlar tərəfindən Göksu çayı üzərində inşa edilən tarixi körpü zəlzələ ciddi ziyan görməyib.

Uzunluğu 280 metr, hündürlüyü 35 metr olan körpü 12 sütun və 7 tağdan ibarətdir.