Zəlzələdə zərər görmüş 23 şagird Bakıda dərslərə başladı
Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.
BUTA.TV Report-a istiandən xəbər verir ki, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib.
Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.
Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Əli Rza Altunel təsdiqləyib.
O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.