İrana daha bir zərbə: 12 nəfər də qara siyahıya salındı
Kanada daha 12 nəfəri İrana qarşı sanksiyalar siyahısına daxil edib.
BUTA.TV xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kanada İranda insan haqlarının pozulması səbəbindən sanksiya siyahısını genişləndirib.
Qara siyahıya salınan şəxslərin Kanadaya girişinə qadağa qoyulması ilə yanaşı, bank hesabları dondurulacaq.