Yolu keçmək istəyən piyadanı maşın vurdu
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən orta yaşlı kişini BMV markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.