İrana necə reaksiya verəcəyimizi düşünürük - ABŞ
Co Bayden administrasiyası İranda uranın zənginləşdirilməsi səviyyəsinin artması və nüvə bombası yaratmaq üçün lazım olan konsentrasiyaya yaxınlaşmasından son dərəcə narahatdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild deyib.
“Bu məsələ çox narahatlıq doğurur və biz bu hadisəyə necə reaksiya verəcəyimizi düşünürük. İndi danışmaq vaxtı deyil, hərəkət etmək vaxtıdır”, - Qrinfild bildirib.