ABŞ İran gəmisini ələ keçirdi
ABŞ və Britaniya Hərbi Dəniz Qüvvələrinin keçirdikləri birgə əməliyyat nəticəsində ballistik və tank əleyhinə raketlərin hissələrini daşıyan İran gəmisi ələ keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ 5-ci Donanmasının komandanı admiral Bred Kuper açıqlama verib.
"ABŞ və müttəfiqləri region sularının təhlükəsizliyini və sabitliyini təhdid edən istənilən fəaliyyətə cavab verəcək", - Kuper bildirib.