Ukrayna hərbçilərinə Baxmutdan çıxmaq əmri verildi
Ukrayna ordusunun Baxmutda döyüşən bölmələrindən biri şəhəri tərk etmək əmri alıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Madyar” ləqəbli ukraynalı komandir məlumat verib.
“Martın 2-si gecə “Priçı Madyara” bölməsi Baxmutdan dərhal yeni mövqeyə keçmək üçün döyüş əmri aldı. Mən hərbçiyəm və buna görə də əmrləri müzakirə etməyəcəyəm. Əmri yerinə yetiririk”, - komandir bildirib.