Kür çayında suyun səviyyəsi yenidən azalıb. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir.

BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib.