Gürcüstan bu yaydan etibarən PUA istehsalına başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib.

Nazir deyib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə uğurla sınaqdan keçirilib. PUA-lar Tiflis yaxınlığındakı Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunacaq.

Nazirin sözlərinə görə, birgə müəssisədə “Warmate” kamikadze və “Flyeye” kəşfiyyat PUA-larının istehsalı planlaşdırılır.

Qeyd olunub ki, il ərzində ölkədə 1000-1500 ədəd kəşfiyyat və döyüş PUA-larının istehsalı nəzərdə tutulub.