Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

BUTA.TV xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə Tvitter hesabında bildirib.

Görüşdə, həmçinin iki ölkənin NATO-dakı tərəfdaşlığı və Azərbaycanın alyansın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.